Yaponiya Özbəkistan və daha dörd ölkənin şirkətlərinə qarşı sanksiyalar tətbiq edəcəkbackend

Yaponiya hakimiyyəti Çin, BƏƏ, Özbəkistan, Qazaxıstan və Hindistandan olan bir sıra şirkətlərə anti-Rusiya sanksiyalarından yayındıqları üçün məhdudiyyətlər tətbiq etmək niyyətindədir.

Bu barədə ölkə hökumətinin baş katibi Yoşimasa Hayaşi bildirib.

“Bu sanksiyalar konkret ölkələrə yönəlməyib, biz onları sanksiyalardan yayınmada iştirak edən ayrı-ayrı şirkətlərə qarşı tədbirlər kimi görürük”, – rəsmi Tokioda mətbuat konfransında çıxışı zamanı izah edib.

Hayaşinin sözlərinə görə, Yaponiya hökuməti hazırda Rusiya Federasiyasına qarşı yeni sanksiyalar paketinin təfərrüatlarını əlaqələndirir və tezliklə detalları dərc edəcək.

İyunun 13-də Yaponiyanın baş naziri Fumio Kişida və Ukrayna lideri Vladimir Zelenski “Yeddilik” (G7) sammiti çərçivəsində təhlükəsizlik sazişi imzalayıblar. Zelenski bildirib ki, 2024-cü ildə Yaponiya tərəfi Ukraynaya 4,5 milyard dollar verəcək.

Mənbə: Bloomberg