Yaponiya 2025-ci ilin mart ayında 2024-cü ilin eyni ayı ilə müqayisədə Rusiyaya minik avtomobillərinin ixracını 9,6% azaldıb.
Bu barədə TASS Yaponiya Maliyyə Nazirliyinə istinadən xəbər verir.
“Yaponiya 2024-cü maliyyə ilində Rusiyaya minik avtomobillərinin ixracını 5,8% azaldıb. Eyni zamanda, 2025-ci ilin martında Yaponiya avtomobil ixracını 9,6% azaldıb”, – TASS-ın hesabatında deyilir.
Həmçinin qeyd edilir ki, 2024-cü maliyyə ilində ehtiyat hissələri və komponentlərin ixracı 5,9% artıb. 2025-ci ilin mart ayında bu rəqəm 0,1% azalıb.
Bundan əvvəl Rolf şirkətinin yeni avtomobil departamentinin direktoru Nikolay İvanov bəyan etmişdi ki, Rusiyada 2025-ci ildə Çin avtomobillərinin satışı rekord həddə düşəcək.