Yaponiyada isti dalğası temperatur rekordu qırıbbackend

Yaponiya sinoptikləri ölkədə yeni temperatur rekordu qeydə alıblar — termometr göstəriciləri +41,8°C-ə yüksəlib.

Bu barədə Yaponiya Milli Meteorologiya İdarəsi öz saytında məlumat yayıb.

Qeyd edilir ki, rekord göstərici Qunma prefekturasının İsaki şəhərində qeydə alınıb. Bu, 19-cu əsrin sonundan bəri maksimumdur. Eyni zamanda, əvvəlki rekord cəmi bir həftə əvvəl qeydə alınıb: iyulun 30-da Tamba şəhərində hava +41,2°C-ə qədər qızıb.

Bundan əlavə, bu gün Tokioda havanın temperaturu kölgədə demək olar ki, +37°C-ə çatıb. Artıq dördüncü gündür ki, +35°C-dən yuxarı temperatur qeydə alınıb.