Suriyanın cənubundakı Əs-Suveyda və Dəra əyalətlərində elektrik enerjisinin verilişində böyük fasilə yaranıb.
Bu barədə “Əl-İxbariya” xəbər verir.
Telekanalın məlumatına görə, elektrik enerjisi təxribat səbəbindən kəsilib. Artıq təmir briqadaları hadisə yerinə gəlib və işə başlayıblar.
Bu, bu həftə ilk belə hal deyil. Aprelin 1-də Suriyanın paytaxtı Dəməşqdə və ölkənin böyük bir hissəsində də genişmiqyaslı elektrik kəsilməsi baş verib. İşıqlandırmanın kəsilməsinə elektrik şəbəkəsində bir neçə nöqtədə baş verən nasazlıq səbəb olub. Səlahiyyətlilər yaranan problemlərin həlli üçün təcili tədbirlər gördü.