Yaponiyanın avtomobil istehsalçısı Nissan Motor, prezident Donald Trampın tətbiq etdiyi tariflərdən yayınmaq üçün istehsalının bir hissəsini ABŞ-a köçürə bilər.
Bu barədə Nikkei yazır.
Avtomobil brendi hazırda məşhur Rogue SUV-nin yığıldığı Yaponiyanın Fukuoka prefekturasında yerləşən istehsal müəssisələrinin bir hissəsini ABŞ-a köçürməyi planlaşdırır.
Nəşr qeyd edib ki, bu qərar komponentləri tədarük edən yerli kiçik və orta şirkətlərə zərər verəcək.