Yasamalda kişi dəm qazından boğularaq öldübackend

Bakı sakini dəm qazından boğulub.

İctimai.az-ın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu, Akim Abbasov küçəsi ev 7-də baş verib.

Həmin ünvanda yaşayan Şəhruz Faiq oğlu Tapdıqov mənzilin hamamında yuyunarkən dəm qazından boğulub.

Onun meyiti ailə üzvləri tərəfindən aşkar edilib.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.