“YAŞAT” şəhid mayorun övladlarını NƏZARƏTƏ GÖTÜRDÜbackend

Şəhid mayor Rəhim Hüseynov və onun il mərasiminə gedərkən qəzaya düşərək həlak olan həyat yoldaşı Günel Ələsgərovanın üç övladı “YAŞAT” Fondu tərəfindən nəzarətə götürülüb.

Bu barədə Fond məlumat yayıb.

Bildirilib ki, Hikmət, Fikrət və Rüfətin adına bankda əmanət hesabı açılıb və depozit yerləşdirilib.

Şəhid övladları 18 yaşına çatdıqdan sonra toplanan məbləği öz hesablarından çıxara biləcəklər.

Qeyd edilib ki, onlarla bağlı məsələlər hər zaman Fondun diqqət mərkəzindədir.