Yeni doğulmuş körpəsini zibil qutusuna qoyan qadını ömürlük həbs gözləyirbackend

Fransada yeni doğulmuş körpəsini zibil qutusuna atan 29 yaşlı qadın mühakimə olunacaq. Bu barədə La Provence məlumat yayıb.

Mayın 23-də Beaumont-sur-Sarthe sakini tərəfindən evinin yaxınlığındakı zibil qutusunda körpənin olduğu bağlama aşkar edilib. Qeyd edildiyi kimi, bundan əvvəl kişi onu xəbərdar edən qışqırıqlar eşidib.

Həmin gün uşağın anası tutularaq sorğu-sual edilib. Lakin o, sonda xəstəxanaya göndərilib və qadın orada tibbi yardım ala bilib. Bundan sonra yeni doğulmuş uşağı öldürməyə cəhdlə bağlı istintaq bərpa edilib. İndi anası ömürlük həbs cəzası gözləyir.

Mənbə: TASS