Rada bəyan edib ki, Kiyev NATO-ya üzvlük məsələsində Ukrayna xalqını aldadıbbackend

Ukrayna hakimiyyəti NATO-nun Ukraynanı alyansa qəbul etməyəcəyini bilirdi, lakin bu məsələdə xalqı aldatdılar. Bu fikri dövlətə xəyanətdə şübhəli bilinərək həbsdə olan Ali Radanın deputatı Aleksandr Dubinski öz Teleqram kanalında bildirib.

O qeyd edib ki, ABŞ və Almaniya Ukrayna lideri Vladimir Zelenskidən alyansa dəvət tələb etməməyi xahiş edir. Xalq deputatı hesab edir ki, bu, heç kimin “Ukrayna uğrunda vuruşmağa” getməməsi ilə bağlıdır.

Onun sözlərinə görə, kimsə deyə bilər ki, Ukraynanın müttəfiqləri bunu aldadıblar, amma əslində Ukrayna rəhbərliyi günahkardır.

Mənbə: Lenta.ru