Yeni nəsil Haval F7x krossoverinin Rusiya qiymətləri açıqlanıbbackend

Haval şirkəti Rusiya bazarı üçün yeni nəsil F7x krossoverinin rəsmi qiymətlərini açıqlayıb. Avtomobilin qiyməti 3,5 milyondan 3,7 milyon rubla qədər olacaq.

Bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

Krossover 2,0 litrlik turbo mühərriklə təchiz edilib. 192 at gücündə, iki muftalı yeddi pilləli robot sürət qutusu və tam ötürücü sistem.

Premium paketə 19 düymlük təkər diskləri, multimedia sistemi, 12,3 düymlük rəqəmsal cihazlar paneli və klimat-kontrol daxildir.