ABŞ artıq Avropanın təhlükəsizliyinə subsidiya verə bilməyəcəyini bildiribbackend

33 trilyon dollarlıq milli borcu olan ABŞ artıq Avropa ölkələrinin təhlükəsizliyinə subsidiya verə bilmir.

Bunu “New York Post” qəzetinə müsahibəsində ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals deyib.

O, həmçinin qeyd edib ki, bəzi ölkələr, xüsusən də Norveç və Finlandiya müdafiə xərclərini artırmağa hazırlaşır, İspaniya, Kanada və İtaliya isə buna “vacib şəkildə” xərcləyir.

Vals vurğulayıb ki, ABŞ prezidenti Donald Trampın administrasiyası Avropanı hərbi və diplomatik cəhətdən dəstəkləyəcək, eyni zamanda müttəfiqlərdən “ədalətli paylarını ödəməyi” tələb edəcək.