Yeni Zelandiya polisi iki tona yaxın narkotik maddə müsadirə edibbackend

Yeni Zelandiya polisi ölkədə 8,2 milyon dollar (14 milyon yeni Zelanda dolları) dəyərində ən böyük maye ekstazi ələ keçirib.

Bu barədə hüquq-mühafizə orqanlarının mətbuat xidməti məlumat yayıb.

Əməliyyat müfəttişi Darrin Tomson qeyd edib ki, ələ keçirmə ölkə üçün rekorddur. Ümumilikdə “maye ekstazi” kimi tanınan 1950 kq qamma-butirolakton müsadirə edilib. “Hermes” adı verilən əməliyyat 6 ay davam edib və gömrük və digər hüquq-mühafizə orqanları ilə birgə həyata keçirilib.

Əməliyyat zamanı ekstazdan əlavə, ümumi çəkisi 10 kq-dan çox olan, dəyəri 2,2 milyon dollar (3,75 milyon yeni Zelanda dolları) olan bir neçə partiya metamfetamin də ələ keçirilib. 38 ilə 75 yaş arasında olan dörd kişi həbs edilib və Vellinqton Rayon Məhkəməsinə çıxarılıb.