Yer kürəsində G3 səviyyəli maqnit qasırğası başlayıb.
Bu barədə TASS Tətbiqi Geofizika İnstitutuna istinadən məlumat yayıb.
G3 beş ballıq şkala üzrə güclü maqnit qasırğası deməkdir, burada G1 “zəif”, G5 isə “son dərəcə güclü”dür.
Yer üzündə G3 səviyyəli maqnit qasırğası zamanı enerji sistemlərində təhlükəsizlik sistemlərində yanlış siqnallar və yağ transformatorlarının “qaynaması” kimi problemlər yarana bilər. Bundan əlavə, peyk və aşağı tezlikli radionaviqasiyanın işində fasilələr və yüksək tezlikli radiorabitələrdə fasilələr istisna oluna bilməz. Orta enliklərdə qütb işıqlarının görünüşü mümkündür.