Zalujninin Ukraynanın Londondakı səfiri kimi nə vaxt işə başlayacağı məlum olubbackend

Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeriy Zalujnı iyulun 10-dan Ukraynanın Britaniyadakı səfiri vəzifəsinin icrasına başlayacaq.

Bu barədə Ukraynanın “Public” telekanalı məlumat yayıb.

“Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnı iyulun 10-da Ukraynanın Böyük Britaniyadakı səfiri vəzifəsində işə başlayacaq”, – nəşr yazır.

Bundan əvvəl Zalujnının iyulun 3-də Böyük Britaniyaya getdiyi və tezliklə ölkənin Londondakı səfiri vəzifələrini yerinə yetirməyə başlayacağı bildirilirdi.

Mənbə: Sputnik