Zelenski Avropaya tələb irəli sürdübackend

Ukrayna Prezidenti Vladimir Zelenski Avropa İttifaqını (Aİ) təhrikçiliyə son qoymağa və Ukraynanın 2027-ci ilə qədər üzvlüyü üçün tarix təyin etməyə çağırdı. O, bunu Financial Times qəzetinə verdiyi müsahibədə bildirib.

“Mənə bir tarix lazımdır. Bunu xahiş edirəm”, – deyə Ukrayna lideri bildirib.

Bu ilin yanvar ayında Zelenski Ukraynanın Avropa İttifaqı ilə üzvlük danışıqlarına başlamaq üçün lazım olan bütün klasterləri açmağa texniki hazır olduğunu bəyan etdi. Siyasətçi həmçinin ölkənin 2027-ci ilə qədər Aİ-yə qoşulmağa tam hazır olacağına əminliyini ifadə etdi.