Ukrayna prezidenti Vladimir Zelenski deyib ki, Kiyev rəsmiləri Rusiya lideri Vladimir Putini amerikalılardan və Ağ Evin hazırkı prezidenti Donald Trampdan daha yaxşı başa düşür.
O, bu barədə ABC telekanalına müsahibəsində bildirib.
“Prezident Trampa bütün hörmətlə yanaşıram, hesab edirəm ki, bu, sadəcə onun şəxsi fikridir [Rusiyanın sülhə hazır olması haqqında]. İnanın, biz rusları, rusların mentalitetini amerikalıların rusları başa düşməsindən qat-qat yaxşı başa düşürük”, – Zelenski deyib.
Onun sözlərinə görə, guya Rusiya hərbi əməliyyatları dayandırmağa hazır deyil.