Ukrayna prezidenti Vladimir Zelenski Ruslan Dzyubanı Ukrayna Milli Qvardiyasının komandanının müavini vəzifəsindən uzaqlaşdırıb.
TASS xəbər verir ki, bu bardə müvafiq fərmanı Ukrayna prezidentinin dəftərxanası dərc edib.
Dzyuba Milli Qvardiyada logistika və maddi-texniki təminatdan məsul idi.
Fevralın 6-da Ali Radanın Müdafiə Komitəsinin sədr müavini Maryana Bezuqlaya bildirib ki, Ukrayna prezidenti Vladimir Zelenskinin hökuməti Rusiyanın hücumuna hazırlaşdığı üçün Ukrayna müdafiə nazirinin dəyişdirilməsi ilə bağlı kadr dəyişikliyi təxirə salına bilər. Onun sözlərinə görə, bu həftə kadr dəyişikliyi ilə bağlı qərar qəbul edilməyəcək.
Mənbə: TASS
İctimai.az

