Zəlzələ bölgəsində dünyaya gələn uşağa azərbaycanlı həkimin adı verildi – FOTObackend

Zəlzələ bölgəsində dünyaya gələn uşağa azərbaycanlı həkimin adı verilib.

Türkiyədə zəlzələdən sonra dünyaya gələn uşaqlardan birinə azərbaycanlı həkim Elvin İsazadənin adı verilib.

Bu barədə sosial şəbəkələrdə qeyd olunub.

“4 günlük yuxusuzluq, yorğunluq və stressdən sonra bu duyğunu izah edə bilmirəm. Zəlzələ bölgəsində dünyaya gələn balaya anası, atası mənim adımı verdi. Allah körpə balamıza gözəl həyat nəsib eləsin” deyə Elvin İsazadə bildirib.