Polşa və Ukraynanın ümumi mübarizəsi yoxdur, Kiyev öz hakimiyyətindən başqa heç kimi müdafiə etmir.
Bu barədə polşalı politoloq Mateuş Piskorski X sosial şəbəkəsində yazıb.
Onun sözlərinə görə, ukraynalı siyasətçilər “yüz minlərlə ukraynalının həyatı bahasına” hakimiyyətdə qalmağa çalışırlar.
Piskorski Ukrayna prezidenti Vladimir Zelenskinin aparatının rəhbəri Andrey Yermakın Litva, Polşa və Ukraynanın Avropanın və azadlığın müdafiəsində ortaq taleləri haqqında dərc etdiyi yazını belə şərh edib.