Zəngəzur tarixi və əzəli Azərbaycan torpağıdırbackend

Prezident İlham Əliyevin iştirakı ilə 27 may 2022-ci il tarixində Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin açılışı ilə Qarabağ Böyük Qayıdışın ilk addımı atılmış oldu. Həmişə olduğu kimi bu dəfə də açılış mərasimində möhtərəm cənab Prezidentin çıxışı zamanı həm yerli, həm regional, həm də global mesajlar verdi. Qarabağda quruculuq işlərinin intensivləşməsindən bəhs edən cənab Prezident aparılan islahatların regional inkişafa mühüm töhfə verəcəyini qeyd etdi. Digər tərəfdən Azərbaycan-Ermənistan sülh prosesinə toxunan güc faktorunun önəmini vurğuladı və müstəqil siyasətinin aparılmasının əsas meyarı olduğunu qeyd etdi. Möhtərəm cənab prezident İlham Əliyevin vurğuladığı ən önəm məqamlardan biri də Zəngəzurla bağlı idi. Tarixi Azərbaycan torpağı olan Zəngəzur qəzasının Azərbaycandan səbəbsiz yerə qoparılaraq Ermənistana verilməsini məntiqsizlik adlandırdı. Prezident İlham Əliyevin tarixi əzəli Azərbaycan torpağı olan Zəngəzurun Ermənistana verilməsinin əsassız olması aksiomunu tarixi faktlarla əsaslandıran sübutlar ətraflı izahını verir. Belə ki, Osmanlı ordusuna məğlub olan yeni qurulmuş Ermənistan Respublikası 1918-ci il 4 iyunda 10 min kmərazidə, yəni Qazax qəzasının yarısı, Şərqi Göyçə gölü, Dərələyəz və Zəngəzur xaric digər hazırki Ermənistan ərazisində öz mövcudluğunu qorumuş oldu. 1920-ci il aprelin 27-28-də Bakıda bolşevik çevrilişindən, Azərbaycanın bolşevikləşdirilməsi və AXC dövlət hakimiyyəti qurumlarının, ilk növbədə milli ordunun ləğvi prosesindən istifadə edərək, Ermənistan Azərbaycanın sərhədlərini pozmuş və Qaregin Nzhdeh rəhbərliyi altında Zəngəzur və Qarabağın ərazilərinə hücum etmiş, lakin Qarabağda məğlubiyyət uğramış və Zəngəzurun işğalı ilə kifayətlənmişlər. Faşist Nzhdeh sovet hakimiyyətini qəbul etməməsinin əsası səbəb isə sovetlərin Zənzəzuru iqtisadi və idari baxımından Gəncə quberniyasının tərkib hissəsi olaraq Azərbaycan verilməsini qəbul edə bilmirdi. İşğalı Moskvanın diqqətinə çatdırmaq üçün Sovet Azərbaycanının lideri Nərimanov Moskvaya Leninə aşağıdakı sözləri bildirmişdir: “Mərkəz əllərimizi bağlayaraq daşnaklara Azərbaycanın sərhədini keçmək və inqilab düşüncəli kəndliləri kəsmək fürsəti verdi … Sizdən bizə özümüzü müdafiə etmək imkanı verməyinizi və ya Qafqaz Cəbhəsinin İnqilabçı Hərbi Şurasına bu çirkin əməllərə son qoymağı əmr etməyinizi xahiş edirəm. ”(RFDA, f. 130, op.4, d.586a, s. 150).

Digər tərəfdən biz sovet arxivlərindən o dövrdə sovet rəhbərliyinin yazışmalarına nəzər yetirsək, Cənab Prezidentin dediyi kimi nə qədər əsassız yerə Zəngəzurun Azərbaycan qopardılması faktları ilə daha yaxından tanış ola bilərik:

19 iyun 1920, Orconikidzenin Vladikafkazdan Lenin və Çiçerinə teleqramından: “Azərbaycan Qarabağ, Zəngəzur, Naxçıvan və Şərur-Dərələyəz qəzalarına iddia edir. Sovet hakimiyyəti Qarabağda və Zəngəzurda elan edildi və yuxarıda göstərilən ərazilər özlərini Azərbaycan Sovet Cümhuriyyətinin bir hissəsi hesab edir. Naxçıvan artıq bir neçə aydır ki, müsəlman üsyançıların əlindədir. Şərur-Dərələyəz qəzası haqqında məlumatım yoxdur. Azərbaycan heç bir halda Qarabağ və Zəngəzursuz ola bilməz. Ümumiyyətlə, fikrimcə, Azərbaycan nümayəndəsi Moskvaya çağrılmalı və onunla birlikdə Azərbaycan və Ermənistanla bağlı bütün məsələlər həll olunmalıdır. Bu, Ermənistanla müqavilə bağlamadan əvvəl edilməlidir “(RFDA, f. 130, səh. 4, d. 587, l.292).

8 iyul 1920-ci il tarixindən gec olmadan, Orconikidzenin Lenin, Stalin və Çiçerinə qısa məktubundan: “Sizi əmin edə bilərəm ki, biz dinc siyasətimizi çox aydn şəkildə təsəvvür edirik və həyata keçiririk, amma əminəm ki və mənim qətiyyətli inancım bundan ibarətdir ki, Azərbaycanda sovet hakimiyyətini gücləndirmək və Bakının bizdə qalmasını təmin etmək üçün Dağlıq Qarabağı birləşdirmək lazımdır, və Düzənlik ərazidən isə (Aşağı Qarabağ – müəllifin qeydi) söhbət belə gedə bilməz. O həmişə Azərbaycana və Zəngəzura aid olub … bu bölgədəki erməni əhalisinin təhlükəsizliyinə başımla zəmanət verirəm, burada muxtariyyət elan edəcəyik və erməni əhalisini oraya müsəlman hərbi hissələri gətirmədən təşkil edəcəyəm. Hazırda bu dairələrin erməni kommunistlərinin rəhbərliyi altında şuralarda təşkilatlanan əhalisinin istəyi budur, bu məsələnin başqa bir həlli Azərbaycandakı mövqeyimizi sarsıdır və biz Ermənistanda heç nə əldə etmirik … ”.

10 iyul 1920-ci ildə Azərbaycan İnqilab Komitəsinin Sədri Nərimanovun, Mikoyanın və 11-ci Qırmızı Ordunun İnqilabçı Hərbi Şurasının üzvləri Vesnik, Levandovski və Mixaylovun İKP (b) Mərkəzi Komitəsinə göndərdiyi məlumatdan: “Müsavat hökuməti dövründə Qarabağ tamamilə Azərbaycanın tərkibində idi. Qarabağ və Zəngəzurun Bakı ilə ayrılmaz mədəni və iqtisadi əlaqələri bu əyalətlərin Yerevandan tam təcrid olunmuş on minlərlə işçisinin bəslədiyi hisslərdir və 1919-cu ildə erməni Qarabağ kəndlilərinin qurultayında aşkar şəkildə sübuta yetirildi, çünki konfrans ermənilər üçün sakit bir həyat təminatı verildiyi halda Azərbaycanla tam birliyə səs verdi.” (Azərbaycan SSR DQMV-nin yaranma tarixi haqqında, Azərnəşr, 1989, s.54).

Yuxarıda göstərilən faktlar bir daha sübut edir ki, Zəngəzurun Ermənistana verilməsi məntiqin əksinə atılan tamamilə siyasi qərar olub və orada yaşayan əhalinin rəyi, idari quruluş və iqtisadi bağlılıq meyarları nəzər alınmadan ermənipərəst qüvvələrin diqtəsi ilə verilən siyasi qərarla Ermənistana verilib.

Abbas Pənahov

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədr müavini