2024-cü ildə İT sahəsinə qlobal xərclər 5 trilyon dolları keçəcəkbackend

2024-cü ildə informasiya texnologiyalarına qlobal xərclər 5,06 trilyon dolları keçəcək. Bu barədə “Kommersant” qəzeti ABŞ-ın “Gartner” tədqiqat şirkətinə istinadən məlumat yayıb.

Ötən il İT sahəsinə qlobal xərclər 3,8% artaraq təxminən 4,7 trilyon dollar təşkil edib. Ekspertlərin fikrincə, bu il onlar 8% artaraq 5,06 trilyon dollara çatacaq. Ən böyük payın 1,6 trilyon dollar məbləğində rabitə xidmətlərinə xərclənəcəyi gözlənilir. İkinci yerdə xərcləri 1,5 trilyon dollar təşkil edəcək İT xidmətləridir. Üçüncü yerdə 1 trilyon dollardan çox xərclənən proqram təminatıdır. İnformasiya texnologiyaları cihazlarına qlobal xərclər 688 milyard dollara qədər artacaq. Məlumat mərkəzlərinə edilən xərclər 260 milyard dollar təşkil edəcək.

Bundan əvvəl Rusiyanın Sənaye və Ticarət Nazirliyinin İT infrastrukturunda Rusiya həllərini tətbiq edəcək sənaye müştərilərinə dəstək verməyi planlaşdırdığı bildirilirdi.

Mənbə: TASS