17/06/2026

Ağ Ev: Ukraynada döyüşlər danışıqlarla bitməməlidir

Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi keçirdiyi brifinqdə deyib ki, Ukraynadakı silahlı münaqişə, “açıq desəm,” danışıqlar masası arxasında bitməməlidir.

Tədbir Amerika administrasiyasının Youtube kanalı tərəfindən yayımlanıb.

Bundan əvvəl Çinin BMT-dəki nümayəndəsi Zhang Jun bildirmişdi ki, Çin Rusiya və Ukraynanı atəşi dayandırmağa və mümkün qədər tez danışıqlara başlamağa çağırıb.

Zhang Jun vurğulayıb ki, təhlükəsizliyin bölünməzliyi prinsipinə əsaslanan hərtərəfli və dərin dialoq üçün ABŞ, Aİ və NATO da Rusiya ilə birlikdə danışıqlar masası arxasına əyləşməlidir.

Mənbə: TASS

İctimai.az

Oxşar xəbərlər