Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye naziri Yasutoşi Nişimura G7 çərçivəsində Rusiyaya ixracın tamamilə dayandırılması ideyasını şərh etməkdən imtina edib, TASS xəbər verir.
“Mən bu mövzunu şərh etməkdən çəkinmək istərdim, çünki söhbət diplomatik danışıqlara aiddir”, – Nişimura bildirib.
Qeyd olunur ki, söhbət sanksiyalar rejiminə yanaşmanın dəyişməsindən gedir – məhdudiyyətlərin, çox güman ki, Rusiya bazarına hələ də tədarük olunan dərman vasitələrinə, ərzaq məhsullarına, kənd təsərrüfatı məhsullarına təsir göstərə bilər.
İctimai.az

