“Roma”nın baş məşqçisi Joze Mourinyo Paris Saint-Germain-in baş məşqçisi Kristof Qaltyeni əvəzləyəcək.
Bu barədə “Foot Mercato” məlumat yayıb.
Mənbənin sözlərinə görə, parislilərin bossları Mourinyo ilə danışıqlar aparır, lakin bu barədə Roma klubunun rəhbərliyi ilə hələlik əlaqə saxlamayıblar. Qeyd olunur ki, Mourinyonun özü PSJ-ni çalışdırmaq fikrinə müsbət yanaşır.
İtaliya çempionatında “Roma” 58 xalla yeddinci yerdədir. Növbəti oyunda romalılar Milan “İnter”i ilə qarşılaşacaq. Oyun mayın 6-da baş tutacaq.

