12/07/2026

iPhone 14 Pro sahibləri displeylərin şişməsi və soyulmasından şikayətlənirlər

Ən son iPhone 14 Pro smartfonlarının çinli istifadəçiləri batareyanın şişməsi səbəbindən sözün əsl mənasında soyulan displeylərdəki problemlərdən şikayətləniblər.

Bu barədə My Drivers portalı məlumat yayıb.

Smartfonun sahiblərindən biri onu ötən ilin dekabrında alıb. Yarım ildən az müddətdə cihazın batareyası şişərək ekranın soyulmasına səbəb olub. O, Apple-ın texniki dəstəyinə müraciət etdi, lakin sonda qadceti yenisi ilə əvəz etməkdən imtina etdilər.

Digər istifadəçilər ekranları eyni şəkildə şişmiş smartfonlarını rəsmi təmirə göndərdiklərini bildiriblər. Qayıdandan sonra problemin aradan qalxdığını gördülər, lakin ehtimal edilir ki, Apple sadəcə olaraq qüsurlu batareyaları yeniləri ilə əvəz edib.

Oxşar xəbərlər