Avropa Komissiyasının nümayəndəsi Balazs Ujvari brifinqdə bildirib ki, AK qurumun Vyanadakı nümayəndəsi Martin Sellmayr tərəfindən Rusiya qazının alınması üzrə müqavilə ilə bağlı Avstriya hakimiyyətinin tənqidini yersiz hesab edir. Bu barədə “Die Presse” məlumat yayıb.
Onun sözlərinə görə, yaxın gələcəkdə Zelmayr “vəziyyəti müzakirə etmək üçün” Brüsselə çağırılacaq. AK nümayəndəsi əlavə edib ki, Avropa Komissiyasının bütün üzvləri yadda saxlamalıdırlar ki, onlar Avropa İttifaqının dövləti ilə rəhbərliyi arasında vasitəçidirlər.
Ujvari Zelmayrın açıqlamalarının yersiz və lazımsız olduğunu vurğulayıb.
Mənbə: Die Presse

