Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan türkiyəli jurnalistlərə açıqlamasında bildirib ki, Türkiyə və Qətərin iştirakı ilə Rusiyadan taxıl tədarükü ilə bağlı danışıqlar üç dövlətin Xarici İşlər nazirliklərinin rəhbərləri səviyyəsində aparılır.
Ərdoğan qeyd edib ki, taxıl dəhlizi məsələsində Rusiya prezidenti Vladimir Putinin hədəfi Afrika ölkələridir.
“Biz xarici işlər nazirlərimizlə bu proses üzərində işləyirik və onu Afrika ölkələri ilə ən ideal şəkildə davam etdirmək istəyirik. Çünki dəhlizdən keçən taxılın 44 faizi Avropa ölkələrinə gedir. 14 faizi bizə, 14 faizi Afrikaya, qalanı isə müxtəlif ölkələrə gedir”.
Mənbə: A Haber

