17/06/2026

ABŞ Ukraynaya dəstəyin azalmasının səbəbini açıqlayıb

Təqaüddə olan amerikalı polkovnik Gian Gentil Newsweek ilə söhbətində bildirib ki, Vaşinqtondan gələn son siyasi siqnallara görə Ukrayna hakimiyyətinin narahatlığına əsas var.

Gentilin fikrincə, ABŞ yardımın avanqardında ola bilməsə, o zaman Ukrayna üçün münaqişənin sonrakı gedişatı yaxşı görünməyəcək.

Almaniyanın istefada olan generalı Helmut Qanser də qeyd edib ki, ABŞ-da seçki yarışı Ukraynaya yardımın əhəmiyyətli dərəcədə azalmasına səbəb ola bilər. Onun sözlərinə görə, ABŞ prezidenti Co Bayden iki ziddiyyətli məqsəd: seçkilərdə qalib gəlmək və Ukraynaya yüksək səviyyədə dəstək arasında üstünlükləri və tarazlığı ölçməli olacaq.

Mənbə: Haber Global

Oxşar xəbərlər