07/06/2026

Azərbaycanın minifutbol millisi Fransanı darmadağın etdi

Azərbaycanın minifutbol millisi Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Avropa çempionatında növbəti matçını keçirib.

İctimai.az xəbər verir ki, Elşad Quliyevin Fransa yığması ilə üz-üzə gələn komandası 3:1 hesabı ilə qalib gəlib.

Bu nəticənin ardından yer aldığı F qrupunda maksimum nəticə göstərən millimiz turnir cədvəlini 9 xalla birinci sırada tamamlayıb.

Yığmamız pley-off mərhələsində E qrupunun ikincisi ilə qarşılşacaq.

Qeyd edək ki, bundan əvvəlki iki turda Azərbaycan yığması Belçikanı 3:0, İtaliyanı isə 2:1 hesabı ilə məğlub edib.

Oxşar xəbərlər