08/06/2026

2026-cı ildə keçiriləcək “Formula-1” üzrə Azərbaycan Qran-prisinin vaxtı açıqlandı

BAKU CITY CIRCUIT, AZERBAIJAN - JUNE 06: Charles Leclerc, Ferrari SF21, leads Sir Lewis Hamilton, Mercedes W12 during the Azerbaijan GP at Baku City Circuit on Sunday June 06, 2021 in Baku, Azerbaijan. (Photo by Zak Mauger / Motorsport Images)

2026-cı ildə təşkil olunacaq “Formula-1” üzrə Azərbaycan Qran-prisinin hansı tarixdə keçiriləcəyi bəlli olub.

İctimai.az xəbər verir ki, Beynəlxalq Avtomobil Federasiyası və “Formula-1” təşkilatçıları növbəti ilin təqvimini açıqlayıblar.

Bakıdakı yarış sentyabrın 25-27-si aralığında gerçəkləşəcək.

Qeyd edək ki, 2026-cı ildə “Formula-1” təqvimi yenə 24 mərhələdən ibarət olacaq. Bu il Azərbaycan Qran-prisi sentyabrın 19-21-i aralığında baş tutacaq.

Oxşar xəbərlər