10/08/2026

Sumqayıt şəhərində zavodda ölüm hadisəsi olub

Sumqayıt şəhərində zavodda ölüm hadisəsi baş verib.

Oxu.Az-ın məlumatına görə, hadisə avqustun 9-u saat 16 radələrində şəhərin Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb.

Bakı şəhər sakini, 2007-ci il təvəllüdlü Elnur Vidadi oğlu İsmayılzadə qəsəbə ərazisində usta köməkçisi işlədiyi zavodun dam örtüyünü dəyişən zaman yıxılaraq xəsarət alıb.

Xəstəxanaya yerləşdirilmiş E.İsmayılzadə ölüb.

Faktla bağlı araşdırmalar aparılır.

Oxşar xəbərlər