Bakı-Şamaxı yolunda baş verən avtoqəzanın təfərrüatı məlum olub.
Oxu.Az-ın sorğusuna cavab olaraq Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) bildirilib ki, hadisə bu gün saat 06:50-də Bakı-Şamaxı yolunun 115-ci kilometrliyində qeydə alınıb.
“Camaldin İlham oğlu Baradovun idarə etdiyi “Mercedes Vito” markalı, 99-NK-907 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi aşıb. Nəqliyyat vasitəsinə ciddi ziyan dəyib. Xəsarət alan yoxdur. Faktla bağlı araşdırma aparılır”, – deyə məlumatda bildirilir.

