20/08/2026

Astarada 36 yaşlı kişi dənizdə batdı

Astara rayonunda bir nəfər dənizdə batıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə Xəzər dənizinin Astara şəhəri sahilindəki “Bulvar” ərazisində baş verib.

İlkin məlumata görə, həmin şəxs Masallı rayonunun Kosagül kənd sakinidir.

Hazırda müvafiq qurumlar tərəfindən şəxsin axtarışları aparılır.

Oxşar xəbərlər