Xaricdə təhsil xidmətləri göstərən “AID Group” şirkətinin rəhbəri Nigar Fərhad saxlanılıb.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, o, Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə başlanmış cinayət işi üzrə təqsirləndirilən şəxs qismində polis əməkdaşları tərəfindən saxlanılıb.
Hazırda onun barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə təqdimat verilməsi nəzərdə tutulur.
Xatırladaq ki, avqustun 5-də Nigar Fərhadın əri Samir Yəhyazadənin həbs olunması barədə xəbər yayılıb.
Hüquq-mühafizə orqanlarının ilkin araşdırması nəticəsində Samir Yəhyazadə Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib. Məhkəmənin qərarı ilə onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

