30/09/2026

Azərbaycan Universitetində “Karyera İnkişafı və Planlaması” Mövzusunda Tədbir Təşkil Olundu

Gənc Mühasiblər İctimai Birliyi (GMİB) tərəfindən Azərbaycan Universitetində tələbələr üçün nəzərdə tutulmuş “Karyera İnkişafı və Planlaması” adlı tədbir uğurla baş tutmuşdur.

Tədbirdə spiker qismində Gənc Mühasiblər İctimai Birliyinin sədri Solmaz Əliyeva, “Destec Group”un Baş direktoru Sakit Səmədov, təlimçi və kouç Cəfər İbadov, həmçinin ACCA üzvü Elşən Şahverdiyev iştirak etmişlər. Ekspertlər tələbələrlə öz zəngin təcrübələrini və karyera inkişafı ilə bağlı dəyərli fikirlərini bölüşmüşlər.

Tədbir çərçivəsində tələbələr spikerlərə onları maraqlandıran sualları ünvanlayaraq karyera inkişafı, peşə seçimi və əmək bazarının müasir tələbləri ilə bağlı faydalı tövsiyələr əldə etmişlər. Təşkilatçılar öz bilik və təcrübələrini gənclərlə bölüşən spikerlərə dərin təşəkkürlərini bildirmişlər.

Oxşar xəbərlər