13/11/2026

ATMU-da Rauf Denktaş Universitetinin nümayəndə heyəti ilə görüş keçirilib

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Şimali Kipr Türk Cümhuriyyətində fəaliyyət göstərən Rauf Denktaş Universitetinin nümayəndə heyəti ilə görüş keçirilib.

Yenigun.Media xəbər verir ki, görüşdə Rauf Denktaş Universitetini Baş katib Şahin Sancaktar, Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Suğra Ələkbərova və universitetin Azərbaycan nümayəndəliyinin rəhbəri Təbriz Məhərrəmoğlu təmsil ediblər.

ATMU tərəfindən isə görüşdə Strateji inkişaf üzrə prorektor Araz Aslanlı, Turizm və qonaqpərvərlik fakültəsinin dekanı Bahadur Bilalov, Beynəlxalq əlaqələr şöbəsinin müdir müavini İranə Axundova, eləcə də Marketinq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məhəbbət Hacıyeva iştirak ediblər.
Görüş zamanı iki ali təhsil müəssisəsi arasında akademik əməkdaşlığın qurulması, tələbələrin Rauf Denktaş Universitetində təcrübə keçmək imkanları, müəllim mübadiləsi proqramlarının təşkili, birgə layihələrin icrası və gələcək tərəfdaşlıq perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər