02/10/2026

Tanınmış rəqqas arvadına zorakılıq edib ?

Rəqqas Nicat Azadlının həyat yoldaşı ona qarşı fiziki və psixoloji zorakılıq olunduğunu iddia edib.

Oxu.Az xəbər verir ki, bu barədə onun həyat yoldaşı sosial şəbəkədə azyaşlı övladı qucağında olarkən avtomobildə şiddətə məruz qaldığını əks etdirən görüntülər paylaşıb.

O, həyat yoldaşı və ailə üzvləri tərəfindən təzyiq və zorakılığa məruz qaldığını, bununla bağlı foto, video və səsyazılarını hüquq-mühafizə orqanlarına təqdim etdiyini bildirib.

Qadının sözlərinə görə, məsələ məhkəməyə qədər gedib və nəticədə qarşı tərəf 1 500 manat cərimələnib. O, baş verənlərin araşdırılmasını və yaşadığı hadisələrə biganə qalınmamasını istəyib.

Yayılmış məlumatlarla bağlı Nicat Azadlı açıqlamasında iddiaları əsassız adlandırıb: “Ölüm iddiaları – hamısı yalandır. Ailə daxilində problemlər olub, buna görə də biz artıq bir ilə yaxındır boşanmışıq. Aliment də ödəyirəm. O mənə deyirdi ki, “pul verməsən, hər şeyi paylaşacağam”. Dırnaq paylaşımı da yalandır. Mənə əvvəldən demişdi ki, “hamısını yığıram, paylaşacağam. Cəmiyyət onsuz da qadına inanır, kişiyə yox. Hamısı şantajdır, pul verdiyim müddətdə heç nə paylaşmırdı, 1700 manat verdim. Bundan sonra 5 min də istədi, verə bilmədim deyə istədiyi paylaşımı etdi.

Uşaq ölümü də mümkün deyil, o hadisələr olmayıb. Videoda isə mənə lazımsız sözlər deyirdi və orada bəzi hissələr kəsilib. Bunu ona görə edirdi ki, məni nüfuzdan salsın. Məsələ ilə bağlı polisə müraciət edəcəyəm”.

Oxşar xəbərlər