Bakı-Qazax magistral yolunun Ucardan keçən hissəsində sərnişin avtobusu yanıb.
İctimai.az “APA”ya istinadən xəbər verir ki, hadisə bu gün saat 13 radələrində yolun Qarabörk kəndindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan “Mercedes 403” markalı sərnişin avtobusu anidən alışaraq yanıb. Hadisə nəticəsində Bakı istiqamətində avtomobillərin hərəkəti bir müddət məhdudlaşdırılıb.
Əraziyə FHN-in Ucar Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri cəlb edilib. Yanğın söndürülüb, yolda hərəkət bərpa olunub.
Xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.



