Oktyabrın 12-də Heydər Əliyev Mərkəzində “44” bədii filminin təqdimatı keçiriləcək.
İctimai.az xəbər verir ki, film Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi qəhrəmanlığa həsr olunub.
Ekran əsərinin məqsədi gənc nəslin vətənpərvərlik ruhunda yetişməsinə və tarixi yaddaşın qorunmasına töhfə verməkdir.

