8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə qadınların cəmiyyətdəki mövqeyi və sosial fəallığının əhəmiyyətinə həsr olunmuş “Vətəndaş Cəmiyyətində Xanımların Rolu” adlı panel müzakirəsi keçirilib.
Tədbirdə psixoloq Vəfa Əsadi, Gənclərin Sosial Tərəfdaşlığı Mərkəzinin sədri, psixoloq Fidan Azərqızı, moda dizayneri və iş xanımı Aynur Xəlilova iştirak ediblər. Panel iştirakçıları öz peşəkar təcrübələrini bölüşərək qadınların cəmiyyət həyatında rolu, onların sosial fəallığının artırılması və müxtəlif sahələrdə öz potensiallarını reallaşdırması ilə bağlı fikirlərini səsləndiriblər.
Müzakirələr zamanı qadınların ictimai həyatda fəal iştirakının təşviqi, şəxsi və peşəkar inkişaf imkanları, eləcə də vətəndaş cəmiyyətinin formalaşmasında qadın təşəbbüslərinin əhəmiyyəti ətrafında fikir mübadiləsi aparılıb.
Panelin sonunda iştirakçılar mövzu ilə bağlı suallarını ünvanlayıb, panelistlər tərəfindən ətraflı cavablandırılıblar.
Qeyd edək ki, tədbirin əsas məqsədi qadınların cəmiyyətdəki roluna diqqət çəkmək, onların sosial fəallığını təşviq etmək və müxtəlif sahələrdə fəaliyyət göstərən xanımlar arasında təcrübə mübadiləsinə şərait yaratmaq olub.



