05/11/2026

“BİRLİKDƏ ADDIMLAYAQ” layihəsi uğurla yekunlaşdı!

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Birlikdə Addımlayaq” – Sosial İnklüzivlik və Bərabər İmkanlar Layihəsi çərçivəsində Şamaxıda maarifləndirici təlim proqramı uğurla başa çatdı.

Təlim müddətində gənclərlə sosial inklüzivlik, bərabər imkanlar, insan hüquqları, gender bərabərliyi, əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası, erkən nikah və məişət zorakılığına qarşı mübarizə mövzularında geniş müzakirələr və maarifləndirici fəaliyyətlər həyata keçirildi.

İştirakçılar interaktiv müzakirələrdə, qrup işlərində və praktiki tapşırıqlarda fəal iştirak edərək yeni bilik və bacarıqlar qazandılar.

Layihənin əsas məqsədi hər bir gəncin cəmiyyətdə bərabər imkanlara malik olduğu, fərqliliklərin qəbul edildiyi və hər kəsin özünü cəmiyyətin bərabərhüquqlu üzvü kimi hiss etdiyi inklüziv mühitin təşviqinə töhfə vermək idi.

Bu yolda bizimlə birlikdə addımlayan bütün iştirakçılara, təlimçilərə və dəstək göstərən hər kəsə təşəkkür edirik!

Unutmayaq ki, inklüziv cəmiyyət qurmaq üçün hər birimizin atdığı addım önəmlidir.

Birlikdə öyrənək, bərabər imkanları təşviq edək və inklüziv cəmiyyət naminə birlikdə addımlayaq!

Oxşar xəbərlər