07/11/2026

“GÜCLÜ AİLƏ, TƏHLÜKƏSİZ GƏLƏCƏK”

“Sosial Məsələlərin Həllinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə “Səyyar Addım” layihəsi çərçivəsində 22 oktyabr tarixində Azərbaycan Dillər Universitetində tələbələrin iştirakı ilə maarifləndirici tədbir keçirildi.

Tədbirdə ailə institutunun möhkəmləndirilməsi, məişət zorakılığının profilaktikası, hüquqi maarifləndirmə və sağlam ailə münasibətlərinin formalaşdırılması mövzularında çıxışlar edildi.

🔹 İmran Əliyev — Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı

🔹 Nərmin Daşdəmirbəyli — “Sosial Məsələlərin Həllinə Dəstək” İctimai Birliyinin sədri

🔹 Günel Axundova — Loqos Psixoloji Nitq mərkəzinin Təlim-Tədris şöbəsinin rəhbəri, klinik psixoloq

Çıxışlar zamanı mövzunun hüquqi və psixoloji aspektləri diqqətə çatdırıldı, tələbələrlə fikir mübadiləsi aparıldı və onların sualları cavablandırıldı.

Güclü ailə sağlam cəmiyyətin, təhlükəsiz gələcəyin təməlidir!

Oxşar xəbərlər