“Sosial Məsələlərin Həllinə Kömək” İctimai Birliyi tərəfindən həyata keçirilən “Səyyar Addım” layihəsi çərçivəsində bu dəfə Sumqayıt Dövlət Universitetinin III korpusunda gənclər üçün maarifləndirici təlim təşkil olundu.
Təlimdə LOQOS Psixoloji Mərkəzinin baş psixoloqu Nuranə Ağamazadə və marketinq üzrə ekspert Bəylər Əlizadə iştirak edərək öz bilik və təcrübələrini gənclərlə bölüşdülər.
Təlim zamanı sosial psixologiya, insan davranışlarına təsir edən sosial amillər, şəxsiyyətlərarası münasibətlər, ünsiyyət bacarıqları və emosional vəziyyətin gündəlik həyata təsiri kimi mövzulara toxunuldu. Eyni zamanda, marketinq sahəsində düzgün kommunikasiya, auditoriyanı anlamaq, yaradıcı düşüncə və effektiv təqdimat bacarıqları haqqında ətraflı məlumat verildi.
Görüşün əsas məqsədi gənclərin sosial-psixoloji biliklərini genişləndirmək, şəxsi və peşəkar inkişaflarına dəstək olmaq, eləcə də onları gələcək karyeralarına daha inamla addımlamağa təşviq etmək idi.


