10 oktyabr – Ümumdünya Psixi Sağlamlıq Günü münasibətilə Sosial Məsələlərin Həllinə Dəstək İctimai Birliyinin təcrübəçilərinin təşkilatçılığı ilə maarifləndirici təlim baş tutub.
Təlimçi qismində isə Loqos Psixoloji və Nitq İnkişaf Mərkəzinin Təlim tədris şöbəsinin rəhbəri və klinik psixoloq Günel Axundova iştirak etdi.Təcrübəçilərlə psixoloji müzakirələr aparılıb, onların emosional rifahı və şəxsi inkişafı ilə bağlı fikir mübadiləsi həyata keçirilib.
Tədbir çərçivəsində Psixoloqlar Günü xüsusi şəkildə qeyd olunub, psixoloji sağlamlığın insan həyatındakı əhəmiyyəti vurğulanıb və bu sahədə fəaliyyət göstərən mütəxəssislərin cəmiyyətin rifahına verdiyi töhfələr diqqətə çatdırılıb.
Çünki sağlam cəmiyyət özünü tanıyan, anlayan və bir-birinə dəstək olan fərdlərlə formalaşır.

