“Sosial Məsələlərin Həllinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Cəmiyyət və Sosial İnteqrasiya” layihəsi məktəblərdə davam edir.
Layihə çərçivəsində növbəti görüşümüz “LOQOS” Psixoloji və Nitq İnkişaf Mərkəzinin psixoloqu Jalə xanım tərəfindən valideynlərlə keçirilib.
Görüş zamanı valideynlərin psixoloji maarifləndirilməsi, valideyn–övlad münasibətlərinin düzgün qurulması, uşaqların psixoloji ehtiyaclarının anlaşılması və ailədaxili ünsiyyətin sağlam şəkildə formalaşdırılması ilə bağlı ətraflı məlumat verilib.
Eyni zamanda, uşaqların psixoloji testlərinin nəticələri valideyn iclasında müzakirə olunub, uşaqların psixoloji xüsusiyyətləri və ehtiyacları barədə valideynlərə müvafiq izahlar verilib. İştirakçıların sualları cavablandırılıb və valideynləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Layihənin əsas məqsədlərindən biri məktəb–valideyn–şagird əməkdaşlığının gücləndirilməsi, ailələrin psixoloji maarifləndirilməsi və uşaqların sosial-psixoloji inkişafına dəstək göstərilməsidir.

