ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinə rəğbət bəsləyir, lakin Ukrayna prezidenti Vladimir Zelenskiyə xor baxır. Bu barədə The Hill yazır.
Nəşrin yazdığına görə, Ağ Evin yeni rəhbəri Zelenskini münaqişənin diplomatik yolla həllinə razılıq verməyə məcbur etmək üçün Kiyevə hərbi yardımı kəsə bilər.
Noyabrın 13-də Britaniyanın The Economist jurnalı yazıb ki, Kiyevdə Trampın Rusiya ilə Ukraynanın Şimali Atlantika Alyansına üzvlüyünü istisna edən və Rusiyaya nəzarəti saxlamağa imkan verən yeni seçilmiş vitse-prezident J.D.Vens düsturuna əsasən danışıqlar apara biləcəyindən narahatdırlar.