Uqanda Atom Elektrik Stansiyasının (AES) tikintisi ilə bağlı Rusiya ilə danışıqlara başlamaq niyyətindədir. Bu barədə RİA Novosti-yə respublikanın Xarici İşlər Nazirliyinin rəhbəri Abubaker Jeje Odonqo bildirib.
Onun sözlərinə görə, Afrika böyüdükcə enerjiyə, xüsusilə də sənayeləşməyə olan tələbat artır. Buna görə də Uqanda nüvə enerjisi imkanlarına böyük əhəmiyyət verir.
Xarici işlər naziri qeyd edib ki, respublika hələlik AES-in tikintisi ilə bağlı Rusiya ilə danışıqlara başlamayıb, lakin artıq Moskvaya belə bir istəyi bildirib.
Jeje Odonqo təklif edib ki, dekabrda rusiyalı həmkarı Sergey Lavrovla bu məsələni müzakirə edə bilər.