ABŞ dünyanın ilk 3D çaplı raketini buraxacaqbackend

Amerikanın Relativity Space şirkəti kosmosa dünyanın ilk 3D çap raketini buraxmağı planlaşdırır.

Bu barədə şirkət Twitter-də məlumat yayıb.

Bildirilir ki, “Terran1” daşıyıcı raketinin komponentlərinin 85%-i 3D çapdan istifadə etməklə yaradılıb. Buraxılış çərşənbə günü Florida ştatındakı Kanaveral burnundan baş tutmalıdır.

Şirkətin məlumatına görə, raket 30 metrə qədər uzunluğa malikdir və Aeon mühərrikləri ilə işləyir, həmçinin 3D çap olunur. Metan yanacaq kimi, maye oksigen isə oksidləşdirici maddə kimi istifadə olunur. Bir buraxılışın dəyəri təxminən 12 milyon dollar qiymətləndirilir.

Mənbə: Reuters

İctimai.az