ABŞ-ın Ohayo sinfinə aid nüvə sualtı gəmisi USS Florida Fars körfəzinə çatıb, beləliklə, ABŞ hakimiyyəti Yaxın Şərqdə münaqişənin genişlənməsinin qarşısını almaq üçün güc nümayiş etdirmək və İranı cilovlamaq niyyətindədir. Bu barədə Bloomberg agentliyi Pentaqondakı mənbələrə istinadən yazır.
Günün əvvəlində Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi ABŞ-ın bölgədəki qoşunlarını qorumaq üçün Yaxın Şərqə nüvə sualtı qayıq göndərdiyini bildirib.
Bloomberg-in məlumatına görə, Florida sualtı qayığı nüvə gücünə malik olsa da, nüvə silahı daşımır. O, 154-ə qədər “Tomahawk” qanadlı raketləri ilə təchiz oluna bilər və göyərtəsində 66-ya qədər ABŞ Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlı qüvvələrini yerləşdirə bilər.
Mənbə: Bloomberg