Çelyabinskdə dörd yaşlı qız valideynlərinin dərman kabinetinə çataraq bir paket balıq yağı yeyib. Bu barədə 8 saylı Uşaq Şəhər Klinik Xəstəxanasının mətbuat xidməti VKontakte-dəki rəsmi səhifəsində məlumat yayıb.
Mətbəxdə yarıboş Omeqa-3 vitaminləri ilə oynayan uşağı anası aşkar edib, qalan kapsulları sayaraq dörd yaşlı qızının ən azı qırx vitamin tableti yediyini anlayıb.
Qorxuya düşən valideynlər dərhal təcili yardım çağırıb, qızı Çelyabinskdəki uşaq xəstəxanasına aparıblar, müayinə zamanı həkimlər zəhərlənmə və ya sərxoşluq əlaməti aşkar etməyiblər.
Mənbə: TASS














